Bank Of Baku

Ermənistanda polis podpolkovniki iki oğlu ilə birlikdə həbs edilib

Ermənistanda polis podpolkovniki iki oğlu ilə birlikdə həbs edilib
# 27 yanvar 2011 14:24 (UTC +04:00)
APA-nın «Armenia Today» saytına istinadən verdiyi məlumata görə, Ermənistanın xüsusi istintaq xidməti məlumat yayıb ki, Ararat polis bölməsi yanında mühafizə şöbəsinin rəisi, polis podpolkovniki R. Artenyan, onun böyük oğlu - Vayksk polis şöbəsinin növbətçi inspektoru S. Artenyan və kiçik oğlu S. Artenyan Ermənistan Cinayət Məcəlləsinin 316-cı maddəsi günahlandırılırlar.

İlkin istintaq zamanı müəyyən olunub ki, 2011-ci il yanvarın 21-də saat 23.50-də R.Artenyan oğlanları ilə birlikdə təhlükəli zorakılıq yolu ilə vəzifə səlahiyyətlərini yerinə yetirən Ararat polis bölməsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili A. Asatryana, həddi-buluğa çatmayanlarla iş üzrə bölmənin böyük əməliyyat müvəkkili R. Saqatelyana və həmin bölmənin inspektoru R. Misakəna bədən xəsarətləri yetiriblər.

R. Artenyan və oğlanları barəsində həbs-qətimkan tədbiri seçilib. İstintaq davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR