Rusiyanın Azərbaycandakı səfirliyi «Domodedovo»da baş verən terrorun qurbanları ilə bağlı edilən başsağlıqlarına görə təşəkkürünü bildirib

Rusiyanın Azərbaycandakı səfirliyi «Domodedovo»da baş verən terrorun qurbanları ilə bağlı edilən başsağlıqlarına görə təşəkkürünü bildirib
# 28 yanvar 2011 15:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiyanın Azərbaycandakı səfirliyi Moskvanın «Domodedovo» aeroportunda baş vermiş terrorla bağlı verilən başsağlıqlarına görə təşəkkürünü bildirib. Səfirlikdən APA-ya daxil olan təşəkkür məktubunda deyilir: «Yanvarın 24-də «Domodedovo» Moskva aeroportunun beynəlxalq terminalında baş vermiş dəhşətli terror aktı ilə bağlı Milli Məclisin deputatları, icra hakimiyyəti orqanlarının nümayəndələri, diplomatik missiya rəhbərləri, siyasi partiya və ictimai hərəkatlar, elmi və gənclər birlikləri, ali təhsil müəssisələri rəhbərlərindən, Rusiya soydaşları təşkilatları, ayrı-ayrı Azərbaycan vətəndaşlarından səfirliyə çoxsaylı məktublar gəlib və telefon zəngləri edilib. Səfirlik həmin müraciətlərdə edilən baş sağlığı və dəstəyə görə öz səmimi minnətdarlığını bildirir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR