Qazaxıstan Konstitusiya Şurası Nursultan Nazarbayevin prezidentlin səlahiyyətlərinin 2020-ci ilə kimi artırılması ilə bağlı referendum qərarını ləğv edib

Qazaxıstan Konstitusiya Şurası Nursultan Nazarbayevin prezidentlin səlahiyyətlərinin 2020-ci ilə kimi artırılması ilə bağlı referendum qərarını ləğv edib
# 31 yanvar 2011 07:31 (UTC +04:00)
APA-nın məlumatına görə, Konstitusiya Şurasının sədri İqor Roqov bildirib ki, parlamentin referendum keçirilməsi ilə bağlı qərarı imzalana və qüvvəyə minə bilməz. Onun sözlərinə görə, Konstitusiyaya əsasən prezidentin bu qərara bir ay ərzində etiraz etmək hüququ var.

Xatırladaq ki, Nursultan Nazarbayevin səlahiyyət müddətinin 2020-ci ilə kimi artırılması təklifini irəli sürən təşəbbüs qrupu qısa müddətdə 5 milyon imza toplayıb. Parlament prezident seçkilərinin əvəzinə referendum keçirilməsinə dair Konstitusiyaya dəyişiklik edib. Lakin Nursultan Nazarbayev parlamentin qərarını fərmanla ləğv edib. Daha sonra parlamentin hər iki palatasının birgə iclasında dövlət başçısının vetosu ləğv edilib. Prezident isə dəyişiklikləri imzalamayaraq onları Konstitusiya Şurasına göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR