Bank Of Baku

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilə bilər

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilə bilər
# 31 yanvar 2011 12:50 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib. APA-nın məlumatına görə, seçkilərin tarixi hələlik məlum deyil. Nazarbayev bu təklifi Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətinin 2020-ci ilə qədər artırılmasına dair referendum keçirilməsi qərarını qanunsuz elan etdikdən sonra irəli sürüb. Prezident bildirib ki, növbədənkənar seçkilərə bağlı təklifini parlamentə göndərəcək. O konkret tarix açıqlamasa da, seçkilərin bu keçirilməsinə tərəfdar olduğunu deyib. Xatırladaq ki, Qazaxıstanda parlament seçkiləri 2012-ci ildə keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR