Bank Of Baku

Gürcüstan paytaxtında Cənubi Qafqazda iqlim dəyişikliyi ilə bağlı seminar keçiriləcək

Gürcüstan paytaxtında Cənubi Qafqazda iqlim dəyişikliyi ilə bağlı seminar keçiriləcək
# 31 yanvar 2011 22:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə_APA. Fevralın 1-də Gürcüstan paytaxtındakı Ambassador mehmanxanasında Cənubi Qafqazda iqlim dəyişikliyi ilə bağlı regional seminar keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir BMT-nin İnkişaf Proqramı və Gürcüstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Məlumata görə, seminarda Gürcüstan, Ermənistan və Azərbaycandan gələn ekspertlər və beynəlxalq məsləhətçilər və hər üç ölkədə fəaliyyət göstərən BMT-nin İnkişaf Proqramının nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR