Bank Of Baku

Yekaterinburqda Boris Yeltsinin heykəlinin açılış mərasimi keçirilib

Yekaterinburqda Boris Yeltsinin heykəlinin açılış mərasimi keçirilib
# 01 fevral 2011 07:28 (UTC +04:00)
Bakı-APA. Rusiya prezidenti Dmitri Medvedyev Yekaterinburqda ölkənin ilk prezidenti Boris Yeltsinin abidəsinin açılış mərasimində iştirak edib. APA-nın məlumatına görə, abidənin açılışı Boris Yeltsinin ad gününə təsadüf edib. Mərasimə ilk prezidentin həyat yoldaşı Naina Yeltsina və qızları da qatılıblar. Yekaterinburqla yanaşı Moskva, Perm və Kazanda da Boris Yeltsinin anadan olmasının 80-ci ildönümü və prezidentlik fəaliyyətinə başlamasının 20-ci ildönümü münasibətilə tədbirlər keçirilib. Qeyd edək ki, Boris Yeltsin 1991-ci il iyunun 12-də Rusiya prezidenti seçilib və 8 il bu vəzifədə qalıb. 1999-cu ildə prezident postu ilə vidalaşan Yeltsin 2007-ci il aprelin 23-də 77 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR