Bank Of Baku

Gürcüstanda bu il Kutaisi ili olacaq

Gürcüstanda bu il Kutaisi ili olacaq
# 02 fevral 2011 03:01 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. 2011-ci il Gürcüstanda Kutaisi ili olacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Kutaisi şəhərində əhali ilə görüşlərində bildirib. "Kutaisi Gürcüstanın ən gözəl şəhərlərindən biri olmaqla yanaşı, həm də çox möhkəm və mükəmməl Avropa şəhəri olacaq."
Prezident qeyd edib ki, 2011-ci ildə Kutaisidə Gürcüstanın parlament binasının, hökumətin yeni dəftərxana binasının tikintisi başa çatdırılacaq, burada yeni müəssisələr və yeni iş yerləri açılacaq, gənclər üçün gözəl perspektivlər yaranacaq. "Gürcüstana bənzər kiçik ölkələrin yalnız bir böyük şəhəri-paytaxtı var. Amma bizim ölkədə eyni vaxtda mədəni-maarif mərkəzləri, bir çox istirahət yerləri olan bir neçə şəhər inkişaf edir. Bu baxımdan Kutaisi Gürcüstanda deyil, Cənibi Qafqazda mühüm mərkəzdir."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR