Bank Of Baku

Gürcüstan prezidenti: "Etnik və dini mövzularda möhtəkirlik etmək olmaz"

Gürcüstan prezidenti: "Etnik və dini mövzularda möhtəkirlik etmək olmaz"
# 02 fevral 2011 04:09 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. "Mənim üçün Gürcüstan burada yaşayan azərbaycanlılar və etnik gürcülər üçün eyni səviyyədə vətəndir." APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 1-də Kaxeti bölgəsinə səfəri zamanı deyib. Onun sözlərinə görə, Gürcüstanda 4 milyon 700 min əhali yaşayır. "Təxminən bir neçə yüz min də müsəlman dinində olan əhali var. Buraya gürcüstanlı azərbaycanlılar və gürcü müsəlmanları da daxildir. Gürcüstan-gürcüstanlı azərbaycanlılara və etnik gürcülərə eyni səviyyədə vətəndir. Buraya ləzgilər, qaçqınlar, çeçenlər də daxildir."
Ölkə prezidenti bildirib ki, bəzi adamlar deyirlər ki, məscid tikmək olmaz, çünki Gürcüstanda müsəlmanlar yoxdur. Yalnız Acarıstanda 200 məscid fəaliyyət göstərir. "Bizim ölkədə etnik və dini mövzularda möhtəkirlik etmək olmaz. “İnsanları osetin, acar, müsəlman, vakeli, veralı (Tbilisin ərazi adları), bölgə ləhcələrində danışanlara bölmək olmaz. Biz bu yolu keçmişik və Gürcüstan vətəndaşlarının bölgüsünə yol vermək olmaz, cəmiyyətin bütün üzvlərinin bərabərhüquqlu yaşamağa hüquqları var. Gürcüstan vətəndaşları inkişaf etmiş bir ölkədə milli müstəqilliyə və dini azadlığa malik sakinlərdir. Demokratiya sabitlikdən başlayır. Bizim iqtisadiyyatımız da sabitliyə əsaslanır. Xalqımız yaxşı bilir ki, daxili qarşıdurmalar bizə nə gətirir,-" deyə prezident bildirib.
"Siyasətçilər öz aralarında mübahisə edə bilər və bir-biri ilə razılaşmaya bilərlər, amma ölkəni partlatmaq və paytaxtı ölü şəhər elan edə bilməzlər. Gəlin, Gürcüstanı inkişaf edən ölkə olaraq dünyaya göstərək, -" Mixail Saakaşvili vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR