Bank Of Baku

Marneulidə fevral ayında bir çox sosial layihələr həyata keçiriləcək

Marneulidə fevral ayında bir çox sosial layihələr həyata keçiriləcək
# 02 fevral 2011 04:50 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə kəndlərin sosial simasını gözəlləşdirmək və əhalinin ehtiyac hiss etdiyi sahələrdə reabilitasiya işləri aparmaq üçün fevral ayında kənd proqramları çərçivəsində bir çox layihələr həyata keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu məqsədlə dövlət büdcəsindən Marneuli rayon büdcəsinə 1 milyon 900 min lari vəsait köçürülməyi nəzərdə tutulub. Bu barədə Marneuli rayon icra başçısı Zaza Dekonoidze məlumat verib. "Bir neçə günə bu köçürmə əməliyyatı başa çatacaq. Biz bu vəsaitdən bəzi kənd məktəblərinin reabilitasiyasına xərcləmək fikirindəyik. Lakin bunun üçün kənd əhalisinin razılığı lazımdır. Biz bəzi məktəblərin təmiri və digər vacib məsələləri həll etmək üçün aidiyyəti nazirliklərdən də vəsait gözləyirik. Bu il kəndlərimizə ARDNŞ-in Gürcüstan nümayəndəliyi tərəfindən qaz çəkilişi davam edir. Sərhəd kəndi Sadaxlı istiqamətində olan bütün kəndlərə qaz çəkilişi intensiv və keyfiyyətli şəkildə aparılır."
APA-nın məlumatına görə, bu il rayon ərazisində suvarma su kanallarının təmizlənməsi layihələri və Marneuli şəhərində içməli su sisteminin tamamilə dəyişdirilməsi də həyata keçiriləcək. Bu il Marneuli şəhər sakinləri gündəlik və fasiləsiz içməli su ilə təmin olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR