Bank Of Baku

Putin “Domodedovo” aeroportunda törədilmiş terror aktı cinayətinin üstünün açıldığını bəyan edib

Putin “Domodedovo” aeroportunda törədilmiş terror aktı cinayətinin üstünün açıldığını bəyan edib
# 03 fevral 2011 08:17 (UTC +04:00)
APA-nın məlumatına görə, baş naziri bildirib ki, təhqiqat davam edir, hüquq-mühafizə orqanları intensiv işləyirlər. Lakin Vladimir Putin cinayət işinin detallarını açıqlamayıb.

Xatırladaq ki, Rusiya Təhqiqat Komitəsi hələ yanvarın 29-da “Domodedovo” terror aktının üstünün açıldığını bildirib. Qurumun rəsmi nümayəndəsi Vladimir Markin də işə bağlı təfərrüatları açıqlamaqdan imtina edib və bu barədə ictimaiyyətə bir qədər sonra məlumat veriləcəyini deyib.

“Domodedovo” aeroportunda yanvarın 24-də baş verən partlayışı 20 yaşlı qafqazlı qızın törətdiyi güman olunur. Partlayış nəticəsində 36 nəfər dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR