Bank Of Baku

Prezident Medvedev baş nazir Putinin sözlərinə sərt reaksiya verib

Prezident Medvedev baş nazir Putinin sözlərinə sərt reaksiya verib
# 03 fevral 2011 12:47 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, D. Medvedev Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Rusiya Prokurorluğu İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə görüşündə bildirib ki, bütün istintaq prosedurları yekunlaşmadan, ittiham aktı hazırlanıb məhkəməyə göndərilmədən, hökm çıxarılmadan və bu hökm qüvvəyə minmədən kimlərinsə cinayətin, xüsusən də bu cür ağır cinayətin açıldığını söyləməsi qətiyyən yolverilməzdir: “Siz mənə məruzə etdiniz ki, istintaqda irəliləyişlər var. Bu, yaxşıdır, lakin nə prokurorluq nümayəndələri, nə İstintaq Komitəsinin təmsilçiləri, nə də digər vəzifəli şəxslərin cinayətin açıldığını bəyan etməyə səlahiyyətləri çatmır. Bu cinayət açılmayıb, bununla yanaşı, istintaqda irəliləyiş var”.

Qeyd edək ki, yanvarın 29-da Rusiya Prokurorluğu İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin, fevralın 2-də isə baş nazir Vladimir Putin “Domodedovo” cinayətinin üstünün açıldığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR