Bank Of Baku

Aprelin 3-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Aprelin 3-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
# 04 fevral 2011 07:35 (UTC +04:00)
APA-nın məlumatına görə, prezident Nursultan Nazarbayev bununla bağlı xüsusi fərman imzalayıb. Fərman bu gün ölkənin kütləvi informasiya vasitələrində dərc olunub və hüquqi qüvvəyə minib. Fərmanda Qazaxıstan Mərkəzi Seçki Komissiyasına seçkiləri təşkil etmək və keçirmək, hökumətə prosesin maliyyələşdirilməsini təmin etmək, yerli hakimiyyət orqanlarına isə seçici siyahılarını təşkil etmək tapşırılıb.

Xatırladaq ki, Qazaxıstan parlamenti iki gün əvvəl ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsini hər iki oxunuşda qəbul edib. Dəyişikliklərə əsasən dövlət başçısına növbədənkənar prezident seçkiləri təyin etmək hüququ verilir. Konstitusiya Şurası dövlət başçısının səlahiyyət müddətini 2020-ci ilədək artırmaq barədə qərarı ləğv etdikdən sonra prezident Nursultan Nazarbayev növbədənkənar prezident seçkiləri keçirmək təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR