Bank Of Baku

Rusiyada yeni terror aktları gözlənilir

Rusiyada yeni terror aktları gözlənilir
# 05 fevral 2011 16:19 (UTC +04:00)
Bakı – APA. Şimali Qafqazdakı yaraqlıların lideri Doku Umarov Rusiya hakimiyyətini yeni terror aktları ilə hədələyib. Bununla bağlı ekstremist portallarının birində video-çarx yerləşdirilib.

APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, D.Umarov öz video müraciətində 2011-ci ilin «Qan və göz yaşları ili» elan etdiklərini bildirib. O, terror aktlarının hər həftə və ya ayda bir dəfə təşkil olunacağını vurğulayıb. Yaraqlıların əsas məqsədi isə İslamın düşmənləri və qafqazlıları incidənlərlə mübarizənin aparılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR