Bank Of Baku

Rusiyada qış vaxtına keçid ləğv olunur

Rusiyada qış vaxtına keçid ləğv olunur
# 08 fevral 2011 16:32 (UTC +04:00)
Bakı - APA. Rusiya prezidenti Dmitri Medvedev ölkədə qış və yay vaxtına keçidin ləğv olunduğunu bəyan edib.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, dövlət başçısı bildirib ki, Rusiya əhalisi 2011-ci ilin payızından etibarən saatlarının əqrəblərini bir saat geri çəkməyəcək.

D.Medvedev mart ayında saatların əqrəblərinin bir saat irəli çəkilməsi haqqında heç nə deməyib. Böyük ehtimalla bu il martın 27-də Rusiyada saatların əqrəbi sonuncu dəfə bir saat irəli çəkiləcək.

Bu qərarını şərh edən Rusiya prezidenti bildirib ki, saatların əqrəbinin irəli-geri çəkilməsinə adaptasiya olunmaq stress və xəstəliklərə səbəb olur. Onun fikrincə, bu zaman elektrik enerjisinə qənaət olunması barədə deyilənlər də şübhə doğurur.

Qeyd edək ki, Rusiya 30 ildir qış və yay vaxtına keçir. Hər il oktyabrın sonuncu bazar günü saatların əqrəbləri bir saat geri, martın sonuncu bazar günü isə irəli çəkilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR