Bank Of Baku

Erməni əsgər öz yoldaşları tərəfindən qətlə yetirilib

Erməni əsgər öz yoldaşları tərəfindən qətlə yetirilib
# 10 fevral 2011 03:56 (UTC +04:00)
Bakı-APA. Fevralın 6-da Ermənistan ordusunun Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki işğal olunmuş ərazidə yerləşən hissələrinin birində 19 yaşlı Gevork Kotinyan adlı əsgər döyülərək öldürülüb. Bu barədə APA armtoday.info-ya istinadən məlumat verir.

Gevork Kotinyan əslən Ermənistanın Vanadzor şəhərindən olub və Dağlıq Qarabağda 9 ya hərbi xidmət keçib. Kotinyanın ölüm kağızından onun möhkəm döyüldüyü məlum olur.

Əsgərin dayısı Boris Adamyan onun bədənində çoxsaylı zədələrin olduğunu bildirib. O Gevorkun 4 nəfər tərəfindən döyüldüyünü bəyan edib.

«Onu qrup şəklində vəhşicəsinə döyüblər. Möhkəm zərbədən sinəsinə qan sızıb və ürəyi dayanıb», deyə Adamyan bildirib.

Artıq hadisə ilə bağlı cinayət işi açılıb.

Ermənistan müdafiə nazirliyi hadisəni törədənlərin müəyyən olunduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR