Bank Of Baku

Nursultan Nazarbayev yenidən prezidentliyə namizəd olacaq

Nursultan Nazarbayev yenidən prezidentliyə namizəd olacaq
# 11 fevral 2011 10:05 (UTC +04:00)
Bakı – APA. Qazaxıstana 20 ildir rəhbərlik edən Nursultan Nazarbayev qarşıdakı seçkilərdə yenidən prezidentliyə namizədliyini verəcəyini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, N. Nazarbayev Qazaxıstanın hakim partiyası “Nur Otan”ın qurultayında çıxışında aprel ayında keçiriləcək seçkilərdə namizəd olmaqla bağlı partiyanın təklifini qəbul etdiyini deyib: “Namizədliyimi irəli sürmək barədə qərarı öz siyasi kursuma dəstək kimi qiymətləndirirəm. Əminəm ki, biz birlikdə qalib gələcəyik. Həmişə demişəm ki, xalq dəstək verərsə, nə qədər gücüm var, xalqın iradəsini yerinə yetirəcək və ölkəmin rifahı naminə çalışacağam”.

Xatırladaq ki, aprelin 3-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR