Bank Of Baku

Gürcüstan prezidenti Mixail Saakaşvili: “Biz vahid bir cəmiyyətik”

Gürcüstan prezidenti Mixail Saakaşvili: “Biz vahid bir cəmiyyətik”
# 11 fevral 2011 20:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan prezidenti parlament qarşısında hesabatla çıxış edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə. o, çıxışında bir sıra sahələrə, maarif, energetika, turizm, tibb, işğal olunan ərazilərə, vətənpərvərlik, müasirləşmə və digər sahələrə toxunub. Ölkə prezidenti çıxışında Gürcüstanda yaşayan etnik azlıqların təhsili barədə də fikirlər səsləndirib. "Ölkədə yaşayan bütün etnik azlıqlar eyni təhsil almaq şəraitinə malik olmalı və onlar birlikdə dövlət qurmağa çalışmalıdırlar", prezident vurğulayıb.

"Etiraf etmək lazımdır ki, ötən illərdə etnik azlıq nümayəndələri dövlət dilini bilmədiklərindən mükəmməl təhsil ala bilmirdilər. Dili bilməmək bizi bir-birimizdən ayırırdı, biz cəmiyyətdə özümüzü eyni hüquqlu hiss etmirdik".

Prezident çıxışında bildirib ki, bu sahənin inkişafı və etnik azlıqların təhsilinin inkişafı üçün keçən il xüsusi proqram işlənib-hazırlanıb. "Bu proqram azərbaycanlı, erməni, rus və digər uşaqlara istənilən şərait və imkan yaratdı ki, onlar cəmiyyətimizin layiqli və eynihüquqlu üzvü olsunlar".

M.Saakaşvili ölkədə təhsil sahəsində həyata keçirilən bu proqram vasitəsi ilə etnik azlıqların ali təhsil alacaqlarına istənilən şərait yarandığını deyib.
"Bu proqram bizim azərbaycanlılara, ermənilərə və digər xalqların nümayəndələrinə gürcü ali məktəblərinə qəbul olmaq üçün yol açdı. Onlar bizə gürcü uşaqları kimi ona görə qiymətlidirlər ki, biz onları etnik azlıqlara bölmürük və biz vahid bir cəmiyyətik".

Ölkə prezidenti gəncləri ingilis dilini öyrənməyə çağırıb. "Biz öz kiçik dünyamıza bağlı olmamalıyıq. Bizə dünyada bilik öyrənmək üçün inkişaf lazımdır, biz irəliyə getməliyik ki, bu bilikdən istifadə edək".

Prezident Saakaşvili çıxışında bildirdi ki, məhz bunun üçün ölkəyə ingilis müəllimləri dəvət olunub. "Bütün bunlar bizim dünya ictimaiyyətinə inteqrasiya olmağımıza kömək edəcək", deyə Mixail Saakaşvili bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR