Bank Of Baku

Türkmənistan Xəzər dənizində boru kəmərlərinin çəkilməsinin ətraf mühitə təsiri ilə bağlı konfrans keçirəcək

Türkmənistan Xəzər dənizində boru kəmərlərinin çəkilməsinin ətraf mühitə təsiri ilə bağlı konfrans keçirəcək
# 13 fevral 2011 03:45 (UTC +04:00)
Bakı-APA. Türkmənistanın baş naziri Bəymurat Hocaməhəmmədov bildirib ki, fevral ayında Aşqabadda Xəzər dənizində boru kəmərlərinin çəkilməsinin ətraf mühitə təsiri ilə bağlı beynəlxalq konfrans təşkil edəcək.
APA-nın Regnum agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hocaməhəmmədov hökumətin keçirdiyi iclasda deyib.
O bildirib ki, Türkmənistanın həyata keçirdiyi enerji strategiyasında yeni ixrac marşrutlarının yaradılması nəzərdə tutulub. Bu strategiyaya Xəzər dənizinin dibi ilə dünya bazarlarına Türkmənistan enerji ehtiyatlarının nəqli üçün yeni qaz kəmərinin çəkilməsi daxildir. Qurbanqulu Bərdiməhəmmədov bildirib ki, bu cür proyektlərin reallaşmasının ətraf mühitə edə biləcəyi təsir ilə bağlı geniş tədqiqatlar aparılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR