Bank Of Baku

Marneulidə zibil tullantılarını yenidən istehsal edən müəssisə yaradılacaq

Marneulidə zibil tullantılarını yenidən istehsal edən müəssisə yaradılacaq
# 14 fevral 2011 11:57 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidə zibil tullantılarını yenidən istehsal edən müəssisə yaradılacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Marneuli rayon icra hakimiyyəti başçısının müavini Heydər Musayev bildirib. Onun sözlərinə görə, əhalini narahat edən bu vacib məsələ nəhayət həll olunub: "Marneuli şəhərinin ətraf mühafizəsinin təmizliyi barədə yollar axtarırdıq. Nəhayət bu günlərdə Almaniyadan xoş xəbər gəldi. Alman şirkətlərindən biri bu layihəni həyata keçirməyə razı olduğunu bildirib. Marneuli rayon icra başçısı Zaza Dekonoidze bu günlərdə layihə ilə bağlı məsələləri müzakirə etmək üçün Almaniyaya səfər edərək danışıqlar aparıb. İndi biz alman mütəxəssislərini gözləyirik. Onlar Marneuliyə gəlib, zibil emal edən müəssisənin harada tikilməsini müəyyən edəcəklər. Düşünürük ki, bu layihə həyata keçiriləndən sonra ətraf mühit daha təmiz olacaq, ekoloji təhlükəsizlik təmin olunacaq."
Qeyd edək ki, Bolnisi rayonunda da bioloji tullantıların emalı üçün terminal tikilib. Məlumata görə, iki min kvadrat metr sahəni əhatə edən bioterminalda su təmizləyici, filtr və xlorlaşdırıcı qurğular quraşdırılıb. Bu terminalın işləməsi nəticəsində texnoloji üsullardan istifadə edilərək Maşavera çayının təmizliyi də mühafizə ediləcək. Qeyd edək ki, bu çayın sularından kənd təsərrüfatı sahələrini suvarmaq üçün gürcülərlə birlikdə azərbaycanlılar da istifadə edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR