Bank Of Baku

Ermənistan Konstitusiya məhkəməsi Rusiya hərbi bazası barədə müqaviləni müzakirə edəcək

Ermənistan Konstitusiya məhkəməsi Rusiya hərbi bazası barədə müqaviləni müzakirə edəcək
# 15 fevral 2011 01:20 (UTC +04:00)
Bakı-APA. Ermənistan Konstitusiya məhkəməsi (EKM) ölkədəki Rusiya hərbi bazasının müddətinin artırılması barədə sazişin Əsas qanuna uyğun olub-olmadığını məsələsinə baxacaq. Bu barədə EKM mətbuat katibi Ovanes Papikyan məlumat verib.

Ermənistan prezidenti 2010-cu il dekabrın 24-də keçən il avqustun 10-da İrəvanda bağlanmış Ermənistan-Rusiya müqaviləsini EKM-ə göndərib.

Rusiya prezidentinin ötən ilin avqustunda Ermənistana səfəri çərçivəsində həmçinin Rusiyanın Gümrüdəki hərbi bazasının müddətinin 49 ilədək artırılması barədə protokol da imzalanıb.

Ermənistanın şimalındakı Gümrü şəhərində 102-ci Rusiya hərbi bazası yerləşir. Sözügedən protokol təsdiqlənərsə, bazanın fəaliyyət müddəti 2046-ı ilədək artırılacaq. Protokol həmçinin bazanın coğrafi və strateji məsuliyyət sahəsinin artırılmasını nəzərdə tutur.

Baza S-300 zenit-raket kompleksləri və MiQ-29 qırıcıları ilə təchiz olunub, orada 5 minə yaxın insan xidmət edir. Baza Rusiyanın maraqlarını qorumaqdan əlavə Ermənistanın təhlükəsizliyini təmin etdiyinə görə, Rusiya tərəfi sənədə əsasən erməni tərəfini müasir silahlarla, hərbi (xüsusi) texnika ilə təchiz etməyi öz boynuna götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR