Bank Of Baku

Gürcüstan xarici işlər nazirliyində dipkorpus nümayəndələri ilə görüş keçirilib

Gürcüstan xarici işlər nazirliyində dipkorpus nümayəndələri ilə görüş keçirilib
# 15 fevral 2011 20:22 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Fevralın 15-də Gürcüstan XİN-də Gürcüstanda akkreditə olunmuş diplomatik missiya və səfirliklərlə görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə aktual məsələlər, Gürcüstanın xarici siyasətində duran gündəlik məsələlər-Avropa İttifaqına və NATO-ya, münaqişələrin sülh yolu ilə həll edilməsi, regional təhlükəsizlik problemləri, ikitərəfli və çoxmüddətli formatlarda əməkdaşlıq məsələləri müzakirə edilib. Məlumata görə, görüşdə xarici işlər naziri Qriqol Vaşadze keçən il Gürcüstanda baş verən hadisələrə yekun vurub, gələcək əməkdaşlıq perspektivlərinə də toxunub.

Qriqol Vaşadze görüşdə xarici səfirləri öz ölkələrinin paytaxtlarına aktiv informasiya verilməsinə çağırıb.
Bu barədə Gürcüstanın xarici siyasət idarəsinin rəhbəri diplomatik korpus nümayəndələri ilə görüşündən sonra bildirib.
"Rusiya Federasiyasının ən başlıca məqsədi odur ki, işğal olunan regionlara və törədilən cinayətlərə diqqət azalsın. Mən səfirlərdən xahiş etdim ki, bu regionlarda nələr baş verdiyinə böyük diqqət yetirərək, maksimum dərəcədə paytaxtlarını narahat etsinlər. Mən istəyirəm ki, hər bir ölkə Gürcüstanın işğal olunan ərazilərində nə baş verdiyinə lazımi reaksiya versin,-" deyə Vaşadze bildirib.
Onun sözlərinə görə, görüşdə xarici işlər nazirliyinin iş planına və qarşıda duran prioritet məsələlərə də baxılıb. "Mənə səfirlər tərəfindən regional təhlükəsizlik və sabitlik barədə, Cenevrə danışıqları barədə çox suallar verildi. Ən başlıca diqqət isə prezidentin Gürcüstan parlamenti qarşısında çıxışına yönəldildi."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR