Bank Of Baku

Gürcüstan brendi ilə istehsal olunan şərab növləri Amerikada qeydiyyatdan keçəcək

Gürcüstan brendi ilə istehsal olunan şərab növləri Amerikada qeydiyyatdan keçəcək
# 16 fevral 2011 03:33 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan brendi ilə istehsal olunan şərab növləri Amerikada qeydiyyatdan keçəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "Qruzpatent"in rəhbəri İrakli Qvaladze jurnalistlərə bildirib. Onun sözlərinə görə, 18 adda şərab növünün qeydiyyatdan keçməsi üçün danışıqlar aparılıb. "Avropa İttifaqı ilə də belə bir müqavilə əldə edilib. Lissabon Müqaviləsinə əsasən gürcü şərabı növləri Amerikada da qeydiyyatdan keçib. Artıq "Qruzpatent"in həyata keçirdiyi müəyyən prosedurlar sayəsində "Xvançkara" və "Kindzmarauli" kimi məşhur gürcü şərab növləri ilə bərabər, digər şərab növləri də Amerika bazarında" da müdafiə olunacaq."

Xatırladaq ki, ermənilər Gürcüstan brendi ilə istehsal olunan şərab növlərini təkcə Fransada yox, Amerikada da satırlar. Məlumata görə, Kaliforniyada "Xvançkara", "Kindzmaruli" brendi ilə olan gürcü şəraba və "Borjomi" brendli mineral su erməni yazıları ilə mağazalarda və apteklərdə satılır. Kaliforniyada yaşayan gürcü emiqrantı Nuqzar Sulaşvili qeyd edib ki, gürcü brendli içkilərin xaricdə erməni məhsulu kimi satılmasında gürcülərin də əli var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR