Bank Of Baku

Gürcüstanın yeni təhlükəsizlik konsepsiyasında Rusiya düşmən kimi göstərilməyəcək

Gürcüstanın yeni təhlükəsizlik konsepsiyasında Rusiya düşmən kimi göstərilməyəcək
# 16 fevral 2011 04:29 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanın yeni təhlükəsizlik konsepsiyasında Rusiya Gürcüstanın düşməni kimi göstərilməyəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib. "Ümumilikdə təhlükəsizlik konsepsiyası hez vaxt konkret dövləti düşmən kimi müəyyən etmir. Konsepsiyada ölkənin qlobal təhlükədən necə və hansı strategiya ilə xilas olmaq yollarını müəyyən edilir,"- nazir müavini jurnalistlərə deyib.

Nazir müavinin qiymətinə görə, yeni konsepsiyanın birinci variantında "adekvat nəzəri təhlükə" əks etdirilir. "Bu layihədə bizim ölkə qarşısında adekvat təhlükə və bu təhlükədən müdafiə olunmaq planı və konkret addımlar göstərilib."

Xatırladaq ki, Gürcüstan Təhlükəsizlik Şurası yeni təhlükəsizlik konsepsiyası işləyib-hazırlayır. Bu layihənin müzakirəsində parlament və hökumət nümayəndələri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR