Bank Of Baku

Moskvada terror aktına hazırlıqda şübhəli bilinən dörd çeçen həbs olunub

Moskvada terror aktına hazırlıqda şübhəli bilinən dörd çeçen həbs olunub
# 16 fevral 2011 09:42 (UTC +04:00)
Moskva-APA. Moskvanın Kiyev vağzalında terror aktına hazırlıqda şübhəli bilinən dörd Çeçenistan sakini saxlanıb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, saxlananlardan biri qadındır. Onun çeçen səhra komandirlərindən birinin həyat yoldaşı Anjela Batalova olduğu bildirilir. Daha bir saxlanan şəxs federal axtarışda olub, onun üzərindən saxta sənədlər götürülüb. Moskva-Kişinyov qatarına minərkən saxlanan çeçenlər hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstəriblər. Bəzi ehtimallara görə, Anjela Batalova kamikadze kursu keçib. Saxlanan şəxslər istintaqdan sonra Çeçenistana göndəriləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR