Bank Of Baku

Sergey Sobyanin: Moskvadakı bütün mühacirləri qeydiyyata almaq lazımdır

Sergey Sobyanin: Moskvadakı bütün mühacirləri qeydiyyata almaq lazımdır
# 16 fevral 2011 19:31 (UTC +04:00)
Bakı-APA. Moskvadakı bütün mühacirlər qeydiyyata alınmalıdırlar və onlara tibbi sığorta verilməlidir. APA-nın məlumatına görə, Moskva meri Sergey Sobyanin «Exo Moskvı» radiostansiyasına müsahibəsində belə bəyan edib.

«Rusiya üçün nə vacibdir? Ən azı mühacirlərin nə qədər olduqlarını, harada yaşadıqlarını və kimliklərini bilməliyik», deyə Sobyanin bildirib.

Onun sözlərinə görə, son 2-3 ildə Moskva mühacirlər üçün kvotaları kəskin surətdə azaltmağa başlayıb və bu yüz minlərlə mühacirin Moskvada qeyri-qanuni işləməsinə səbəb olub.

«Onların neçə nəfər olduğunu və nə ilə məşğul olduqlarını bilməliyik. Biz bunları bilmirik», deyə mer əlavə edib.

O bəyan edib ki, mühacirləri mütləq qeydiyyata almaq, onları tibbi sığorta etdirmək və yaxud işəgötürənlərdən onlara görə vergi almaq lazımdır.

«Təxminən 1,5 milyon insan hər il sığortasız Moskva xəstəxanalarına yatırılır. Onların xəstəlikləri ən ağır, müalicələri ən bahalı olur», deyə Sobyanin bildirib.

Sobyaninin sözlərinə görə, mühacirlər üçün kvota 200 min nəfərdir, lakin onların həqiqi sayı 0,5 milyonla 1,5 milyon arasında ola bilər. O qeyd edib ki, mühacirlər üçün də moskvalılara yaradılan iş şəraiti yaradılmalıdır.

«Mühacirlərə və moskvalılara verilən maaşlar arasında fərq böyükdür. Bu işə mühacirləri cəlb etmək üçün güclü səbəbdir. Əlbəttə işçi qüvvəsinin çatışmazlığı da burada rol oynayır», deyə mer əlavə edib.

Sobyanin xatırladıb ki, mühacir problemi əvvəlki kimi kəskindir və onun həlli üzərində fəal iş gedir, lakin bir sıra Avropa ölkələrinə nisbətən Rusiya paytaxtında vəziyyət daha yaxşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR