Bank Of Baku

Ermənilər gürcü dövlət nişanlı avtomobillərdə gəzirlər

Ermənilər gürcü dövlət nişanlı avtomobillərdə gəzirlər
# 17 fevral 2011 21:50 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Fevralın 17-də Ermənistanın Gümrü şəhərində 400 nəfər sürücünün iştirak etdiyi etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, etiraz aksiyasına səbəb erməni sürücülərinin ölkədə gürcü dövlət nişanlı avtomobillərlə gəzməsi olub. Gürcü mətbuatının xəbərinə görə, aksiya iştirakçıları Gümrüdən İrəvana yollanmaq istəyiblər. Lakin polis onların yolunu kəsib. İştirakçılar Gürcüstandan ölkəyə gətirilən avtomobillər üçün alınan dövlət rüsumunun azaldılması və məcburi sığortanın ləğv edilməsi tələbləri ilə çıxış ediblər. "Sığortaya ehtiyac yoxdur. Çünki ölkənin şimal rayonlarının bir çox sakinləri qonşu ölkəyə məxsus dövlət avtomobil nişanlı maşınlarda gəzirlər."
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR