Bank Of Baku

Ermənistan müxalifəti növbədənkənar seçkilərin keçirilməsini tələb edib

Ermənistan müxalifəti növbədənkənar seçkilərin keçirilməsini tələb edib
# 19 fevral 2011 00:49 (UTC +04:00)
Bakı-APA. Ermənistan müxalifətinin nümayəndələri dünən İrəvanda keçirdikləri mitinqdə ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsini tələb ediblər. Aksiya ölkənin birinci prezidenti Levon Ter-Petrosyanı dəstəkləyən qüvvələri birləşdirən Erməni milli konqresi tərəfindən təşkil olunub.

Mitinqdə çıxış edən Ter-Petrosyan bildirib ki, ölkədə hadisələrin xoşagəlməz ssenari üzrə getməsinin qarşısını almağın yeganə yolu növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsidir. Ter-Petrosyanın fikrincə, bu seçkilər yalnız siyasi zərurət deyil, onlar millət və dövlətin mövcudluğunu müəyyən edə bilərlər.

Keçmiş prezidentin sözlərinə görə, Ermənistandakı hazırkı vəziyyət sosial etiraz və vətəndaş fəallığı nümayişləri ilə xarakterizə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR