Bank Of Baku

Rusiyada dövlət qulluqçuların mükafatlandırma üçün vəsaitlər ixtisarlardan əldə olunacaq

Rusiyada dövlət qulluqçuların mükafatlandırma üçün vəsaitlər ixtisarlardan əldə olunacaq
# 19 fevral 2011 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev-APA-Economics. Yaxın üç il ərzində Rusiyada dövlət qulluqçuların ixtisarı nəticəsində qənaət olunmuş vəsaitlərin 50%-i səmərəli iş göstərən dövlət qulluqçuların mükafatlandırılmasına yönəldiləcək. “APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın maliyyə naziri Aleksey Kudrin bəyan edib.

A. Kudrin əlavə edib ki, bu addımla hökumət hazırda mənfi mənada məşhurlaşmış dövlət orqanlarının məsuliyyətini artırmaq niyyətindədir. Maliyyə naziri bu orqanlar sırasında Federal Vergi Xidməti, Federal Gömrük Xidməti, Rusiya Texniki Nəzarəti, Rusiya İstehlak Nəzarəti və digər orqanları qeyd edib ki, həmin qurumlara biznes nümayəndələri daha çox şikayət edir.
Qeyd edək ki, Rusiyada dövlət qulluqçuların mərhələli ixtisar etmə nəzərdə tutulub. Belə ki, 2011-ci ildə məmurların 5%, 2012-ci ildə 10%, 2013-cü ildə isə 15%-i ixtisar ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR