Bank Of Baku

Piter Semnebi: “Gürcüstan-Rusiya əlaqələri yalnız dialoq yolu ilə normallaşa bilər”

Piter Semnebi: “Gürcüstan-Rusiya əlaqələri yalnız dialoq yolu ilə normallaşa bilər”
# 22 fevral 2011 12:54 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi hesab edir ki, Gürcüstan-Rusiya əlaqələri dialoq yolu ilə normallaşa bilər və bu mövzuda artıq dialoq başlamaq lazımdır.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə P.Semnebi Tiflisdə keçirdiyi brifinqdə deyib.

“Yalnız dialoqla regionda uzunmüddətli sabitliyə nail olmaq mümkündür. Bu yolda Gürcüstan prezidentinin Rusiya rəhbərliyi ilə danışıqlara başlamaq cəhdlərini alqışlamaq lazımdır.”

Xüsusi nümayəndə qeyd edib ki, bu məsələdə Avropa İttifaqı Gürcüstana hər cür köməklik göstərə bilər. O, Gürcüstanda münaqişələrin həll olunması məsələsində Suxumi və Sxinvali separatçı rejimləri ilə danışıqlara da münasibət bildirib: “Gürcülər və abxazlar, gürcülər və osetinlər bir masa arxasında oturaraq, bütün problemləri özləri həll etməlidir. Başqa yol, sadəcə, yoxdur”.

P.Semnebiyə görə, tərəflər regionda sülh və sabitliyi təmin etmək üçün kompromisə getməlidirlər: “Kompromissiz arzu olunan nəticəni əldə etmək mümkün deyil. Avropa İttifaqı bu proseslərə öz töhfəsini bəxş edə və bütün imkanlardan istifadə edib tərəfləri yaxınlaşdıra bilər”.

Qeyd edək ki, Piter Semnebinin xüsusi nümayəndə kimi səlahiyyət müddəti fevralın 28-də bitir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR