Bank Of Baku

Marneulidə Məhəmməd (s) peyğəmbərin mövludu münasibətilə mərasim keçirilib

Marneulidə  Məhəmməd (s) peyğəmbərin mövludu münasibətilə mərasim keçirilib
# 23 fevral 2011 03:38 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Marneulidəki "Qaya" şadlıq sarayında Məhəmməd (s) peyğəmbərin və İmam Cəfər Sadiqin doğum günü münasibətilə tədbir keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasim Quran ayələri oxumaqla başlayıb. Sonra Tbilisi Cümə məscidinin axundu, QMİ-nin Gürcüstan nümayəndəsi Hacı Əli Əliyev Tbilisi Cümə məscidi və Gürcüstanda yaşayan müsəlmanlar adından bu bayram münasibəti tədbir iştirakçılarını təbrik edib, tədbirin təşkilatçıları olan "Əhli-Beyt" cəmiyyətinə, "İman"dini-mədəni-maarif müəssisəsinə təşəkkürünü bildirib. Sonra Türkiyənin Gürcüstandakı səfirliyinin dini attaşesi Əhməd Ərdəm çıxış edərək Məhəmməd peyğəmbərə olan sevgidən söhbət açıb və Gürcüstan hökumətinə bu tədbiri keçirməyə imkan yaratdığı üçün minnətdarlığını bildirib. Tədbirdə Marneulidən, Qardabanidən gələn dindarlar çıxış edərək öz məhəbbətlərini Məhəmməd (s) peyğəmbərin və İmam Cəfər Sadiqin (ə) mövlud günü münasibəti ilə təbriklərini söyləyiblər.
Tədbirdə Məhəmməd (s) peyğəmbərə həsr edilən şerlər, mahnılar səsləndirilib. Sonda 53 nəfər dindar şəxslərə qiyabi mədrəsə təhsilini başa vurduqlarına görə diplomlar təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR