Bank Of Baku

2015-ci ildə Gürcüstanda 17 su elektrik stansiyası tikilib başa çatdırılacaq

2015-ci ildə Gürcüstanda 17 su elektrik stansiyası tikilib başa çatdırılacaq
# 25 fevral 2011 04:15 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. 2015-ci ilə qədər Gürcüstanda 17 su elektrik stansiyası tikilib başa çatacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri ölkə prezidenti Mixail Saakaşviliyə elektrik stansiyalarının tikintisi layihələri haqqında informasiya təqdim edərkən bildirib. Nazirin sözlərinə görə, Gürcüstanın Kaxetiya, Quriya və Zemo İmereti bölgələrində 70 mqv. gücündə kiçik su elektrik stansiyaları tikilməyi planlaşdırılıb. 2015-ci ildə Gürcüstanda 17 su elektrik stansiyası tikilib başa çatdırılacaq".

Məlumata görə, elektrik stansiyaların tikintisinə bu il başlanacaq və dörd ildən sonra başa çatacaq.

Gürcüstan prezidenti Mixail Saakaşvili elektrik stansiyaların tikintisinə münasibət bildirib. "Dünyada gözlənilən enerji böhranı ərəfəsində bizim qarşımızda duran əsas məsələ maksimum sayda hidroelektrik stansiyalarını tikməkdir", - Saakaşvili qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR