Bank Of Baku

Tiflisdə taksi sürücüləri etiraz aksiyası keçirib

Tiflisdə taksi sürücüləri etiraz aksiyası keçirib
# 28 fevral 2011 15:49 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında marşrut taksi sürücülərinin etiraz aksiyası keçirir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sürücülər Tiflis meriyası tərəfindən sürücülük barədə tenderin ləğv edilməsi tələbi ilə çıxış edirlər.

Aksiyanın təşkilatçılarından biri olan Laşa Çxartişvili jurnalistlərə açıqlamasında bildirib ki, belə getsə, taksi sürücüləri altı aydan sonra işsiz qalacaqlar: “Onların şəxsi maşınlarda taksi kimi işləməyinə də icazə verilməyəcək. Bu sürücülər işsiz qala bilər və tenderdə qalib gələn hansısa şirkət onları başqa sürücülərlə əvəz edə bilər. Digər sürücülərə isə az əmək haqqı ilə iş təklif oluna bilər. Bu isə onların ailələrinin dolanışığına çatmaz”.

Qeyd edək ki, etiraz aksiyasında bəzi müxalifət partiyalarının nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR