Bank Of Baku

Gürcüstan Təhsil Nazirliyi məktəb direktoru vəzifəsinə müsabiqə elan edib

Gürcüstan Təhsil Nazirliyi məktəb direktoru vəzifəsinə müsabiqə elan edib
# 28 fevral 2011 15:57 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan Təhsil Nazirliyi məktəb direktoru vəzifəsinə müsabiqə elan edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya Marneuli Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov bildirib. Onun sözlərinə görə, müsabiqədə namizədlərin qeydə alınması martın 20-də başa çatacaq: “Təhsil Nazirliyindən bizə bildiriblər ki, müsabiqə iki mərhələdə keçəcək. Birincisi fərdi test, ikincisi müsahibə yolu ilə. Nazirlikdən qeyd olunub ki, məqsəd Gürcüstanda fəaliyyət göstərən məktəblərin təkmilləşməsinə, təhsilin səmərəli olmasına və müasir standartlara uyğun inkişaf etməsi və onun fəaliyyətini təmin edəcək peşəkar məktəb direktorları seçməkdir. Biz də müsabiqədə iştirak etmək istəyən namizədləri bu tədbirdə fəal iştirak etməyə çağırırıq. Qeyd edim ki, Marneuli rayonunda 50 azərbaycan dilli məktəb fəaliyyət göstərir".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR