Bank Of Baku

Gürcüstan patriarxı hakimiyyəti Rusiya ilə dialoqa başlamağa çağırıb

Gürcüstan patriarxı hakimiyyəti Rusiya ilə dialoqa başlamağa çağırıb
# 28 fevral 2011 19:51 (UTC +04:00)
Bakı-APA. Gürcüstan patriarxı İkinci İlya ölkə hakimiyyətini Rusiya rəhbərliyi ilə dialoqa çağırıb. O bu barədə xüsusi bəyanat yayıb.

Patriarx «müdriklik və cəsarət» göstərərək müxtəlif səviyyələrdə dialoqa başlamağı təklif edib.

İkinci İlya qeyd edib ki, dialoqsuz bölgədə vəziyyət mürəkkəbdir və münaqişələr həll olunmamış qalır.

«Neqativ proseslərin davam etməsi və dərinləşməsinə yol verməmək üçün hər şeyi etmək lazımdır», deyə patriarx bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR