Bank Of Baku

Çeçenistanda yaxalanan silahlılar “Domodedovo” terrorunun təşkilatçısının adını açıqlayıblar

Çeçenistanda yaxalanan silahlılar “Domodedovo” terrorunun təşkilatçısının adını açıqlayıblar
# 01 mart 2011 08:26 (UTC +04:00)
Bakı – APA. Çeçenistanın Açxoy-Martan rayonunda yaxalanan silahlılar Moskvanın “Domodedovo” hava limanında terror aksiyası təşkil edən şəxsin adını deyiblər. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, onlar terroru “Qafqaz Əmirliyinin cənub-qərb müqavimət mərkəzi”nin komandiri “Əmir” Həmzətin təşkil etdiyini bildiriblər.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Milli Antiterror Komitəsi terrorun təşkilində şübhəli bilinən şəxsin “Riyad əs-Salihin” adlanan kamikadzelər batalyonunun komandiri Aslan Bitukayev olduğunu açıqlamışdı. Komitə Batukayevin Moskvanın Kiyev vağzalında yaxalanmış silahlıların lideri olan Xasa Batalovla əlaqəli olduğunun ehtimal edildiyini də bildirmişdi. Açxoy-Martanda həbs edilən silahlılar da məhz Batalovun dəstəsinə mənsubdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR