Bank Of Baku

Ermənistanda müxalifət nümayiş keçirib

Ermənistanda müxalifət nümayiş keçirib
# 01 mart 2011 22:57 (UTC +04:00)
Bakı-APA. Ermənistanın paytaxtında 10,000-ə yaxın müxalifət tərəfdarı küçələrə çıxaraq hökumət əleyhinə nümayişlərin üçüncü ildönümünü qeyd edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Yerevanda keçirilən nümayişdə sabiq president, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan nitq söyləyib.
2008-ci il martın 1-də Yerevanda təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş toqquşmada 10 adam həlak olmuşdu. İğtişaşlar Serj Sarkisyanın prezident seçildiyi seçkilərdən sonra baş qaldırmışdı.
Nümayişçilər həlak olanların portretlərini əllərində tutaraq günahkarların cəzalandırılmasını tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR