Bank Of Baku

Mixail Saakaşvili Cənubi Afrikadan burları Gürcüstana köçməyi təklif edib

Mixail Saakaşvili Cənubi Afrikadan burları Gürcüstana köçməyi təklif edib
# 02 mart 2011 03:42 (UTC +04:00)
Bakı-APA. Mixail Saakaşvili Hollandiya koloniyaçılarının nəslindən olan və Cənubi Afrika yaşayan burları Gürcüstana köçməyi təklif edib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Gürcüstanın birinci xanımı Sandra Rulovs deyib.
Gürcüstan prezidentinin bu təşəbbüsü burların ölkənin kənd təsərrüfatının tez zamanda inkişaf etdirməsinə köməklik edəcəyi ilə bağlıdır. Rulovs bildirib ki, burlar “Gürcüstanda aşağı qiymətlərlə boş torpaq ala biləcəklər”.
Gürcüstan hökuməti köçürülmə prosesin həyana keçirmək məqsədi ilə xüsusi sayt yaradıb (www.boers.ge). Bu sayt vasitəsi ilə burlar Gürcüstan vətəndaşlığını qəbul etmək barədə müraciət edə bilərlər.
”Mən əminəm ki, burlar Gürcüstanın kənd təsərrüfatına yeni investisiya, təşəbbüslər, inkişaf gətirəcəklər”, Rulovs deyib.
Burların Gürcüstanda ilk təsərrüfatı yazın sonunadək yaradılacaq.
Bu xalqın nümayəndələri Gürcüstana köçmək barədə razılığını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR