Bank Of Baku

Tiflisdə "Birinci Qafqaz İnformasiya kanalı: Gürcüstan xəbərləri rus dilində" mövzusunda telekörpü keçirilib

Tiflisdə "Birinci Qafqaz İnformasiya kanalı: Gürcüstan xəbərləri rus dilində" mövzusunda telekörpü keçirilib
# 02 mart 2011 17:54 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə “RİA Novosti”nin Gürcüstan ofisində "Birinci Qafqaz İnformasiya kanalı: Gürcüstan xəbərləri rus dilində" mövzusunda Tiflis-Moskva telekörpüsü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, telekörpüdə Gürcüstan tərəfdən "PİK" (Birinci Qafqaz İnformasiya) kanalının baş direktoru Robert Parsons və həmin televiziyanın informasiya verilişlərinin rəhbəri Yekaterina Kotrikadze, Rusiya tərəfdən ekspertlər - Rusiya dövlət Dumasının Federal Məclisi komitəsinin sədr müavini Serqey Markov, regionlararası ictimai "İnkişaf hərəkatı"nın sədri Yuri Krupnov, "Qafqaz xalqlarının Rusiya Konqresi"nin həmsədri Denqa Xalidov və “RİA Novosti” agentliyinin MDB və Baltika ölkələri üzrə redaksiyanın rəhbəri Alan Kasayev iştirak edib.

"PİK" kanalının baş direktoru Robert Parsons "PİK" televiziya verilişlərinin bu ilin yanvarından Tiflisdə başlandığını, dörd saat müddətində rus dilində xəbərlər yayımladığını bildirib. Xəbərlər redaksiyasının rəhbəri Yelena Kotrikadze televiziya jurnalistikasının geniş sahəni əhatə etdiyini bildirib. O kanalın regional, beynəlxalq mövzu, Qafqaz xəbərlərini əhatə edəcəyini deyib. R. Parsons qeyd edib ki, "PİK" kanalı məhz rus dilində verilişlərini yayımlamağa başlayıb. Çünki Gürcüstan, Azərbaycan və Ermənistan, eyni zamanda Şimali Qafqaz ölkələri, keçmiş post sovet ölkələri olduğu üçün rus dilində daha yaxşı başa düşürlər. Gələcəkdə kanalda digər dillərdə də verilişlər verilməsi planlaşdırılıb.

Tiflis-Moskva telekörpüsündə ekspert kimi iştirak edən Serqey Markov çıxışında Gürcüstanı sevdiyini, lakin bəzi səbəblər üzündən onu Gürcüstana buraxılmadığını bildirib. S.Markov bəyan edib ki, "PİK" kanalının əsas rəhbəri Mixail Saakaşvilidir. "Bu kanalı Qərb maliyyələşdirir. Abxaziyada və Cənubi Osetiyada baş verən partlayışlar gürcü kəşfiyyatının işidir. Bizim şübhəmiz var ki, kanal Amerika və Gürcüstan kəşfiyyat idarələri ilə birlikdə Şimali Qafqazda İslam terrorist təşkilatlarına, o cümlədən "Əl-Qaidə" təşkilatına, radikal islamçılığa kömək edir. Bu oyun var. Biz deyirik ki, Saakaşvili Rusiyaya hücum edəcək. Sizin kanalın indiki vəzifəsi odur ki, bu telekanalın adını qaldırasınız. Sizə ixtiyar verilib ki, Saakaşvilinin özünü də tənqid edin".

"Qafqaz xalqlarının Rusiya Konqresi"nin həmsədri Denqa Xalidov 90-cı illərdə Gürcüstanda olduğunu və Kvareli rayonunda Dağıstan icmasının problemləri ilə məşğul olduğunu bildirib. "İndi isə kanal bütün təbliğat vasitələrini işə salıb Şimali Qafqazda katalizator rolunu oynayır. Bu kanal Qafqaz kanalı adlandırılsa da, Qərbə xidmət edir, onun kanalıdır".

"İnkişaf hərəkatı"nın sədri Yuri Krupnov bu kanalın böyük perspektivləri olduğunu bildirib. "Burada peşəkar işçilər çalışır. Onlar Gürcüstanda yaşayan etnik azlıqları informasiya ilə təmin edirlər. Gürcüstanda "Svobodnaya Qruziya" qəzeti maliyyələşdirilmir. Redaksiyaya inzibati təzyiqlər göstərilir. Qəzet bağlanmaq ərəfəsindədir. Qərbin maliyyəsi ilə və Saakaşvilinin təsiri ilə bu kanal fəaliyyət göstərir. Gürcüstanda rus dilində danışmaq istəmirlər, lakin xaricdə öz siyasi məsələlərini bu dildə həll etmək istəyirlər".

"PİK" kanalının "Xəbərlər" redaksiyasının rəhbəri Yelena Kotrikadze APA-ya açıqlamasında rus ekspertlərinin Gürcüstan paytaxtında fəaliyyət göstərən telekanal barədə mənfi fikirlər söyləyəcəklərini əvvəlcədən bildiklərini deyib. "Mən fikirləşirəm ki, bu diskussiya onları fikirləşməyə vadar edəcək. Biz çox şadıq ki, ekspertlər bizim kanala baxıblar. Telekörpü iştirakçılarından biri bizim əməkdaşlarımızın yüksək peşəkarlığı barədə müsbət fikirlər söylədilər. Bu diskussiya bizim öz yerimizdə möhkəm dayanmağımıza kömək edəcək. Onlar qəlblərinin dərinliyində düşünəcəklər ki, "PİK" kanalı obyektiv kanaldır. Onlar başa düşdülər ki, kanal "PİK" faydalı kanaldır və Gürcüstanda real jurnalistika fəaliyyət göstərir". Yelena Kotrikadze Gürcüstanda rus dilinin inkişafına da münasibət bildirib: “Mən rus dilliyəm. Burada anadan olmuşam və böyümüşəm. Uzun müddət Moskvada yaşamışam və cəmi 5 ildir ki, Gürcüstanda yaşayıram. Rus danışıqlarına gəlincə, mən küçələrdə rus dilində mahnılar eşidirəm, restoranlarda, nəqliyyatda, mağazalarda rus dilində danışıqlar eşidirəm. Mən səmimi şəkildə bildirirəm ki, bu ölkədə rus dilinin problemləri yoxdur”. “Rus dilinin inkişafı "Gürcüstan-Rusiya" siyasətinə təsir edəcəkmi” sualını cavablandıran Yelena Kotrikadze qeyd edib ki, siyasətlə başqa adamlar məşğul olur: “Bu siyasi vəziyyətə mən şərh verə bilmirəm. Ən başlıca problem dildə yox, digər vacib və ciddi problemlərdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR