Bank Of Baku

Qazaxıstan prezidentliyi uğrunda 4 namizəd mübarizə aparacaq

Qazaxıstan prezidentliyi uğrunda 4 namizəd mübarizə aparacaq
# 02 mart 2011 23:30 (UTC +04:00)
Bakı-APA. Qazaxıstan prezidentliyinə namizədlərin qeydə alınması başa çatıb. APA-nın məlumatına görə, prezident kreslosu uğrunda 4 namizəd mübarizə aparacaq.

Mərkəzi Seçki Komissiyası növbəti iclasında Səlim Otən, Güldan Tokbayevanı, Serik Saparqalini, Jaksıbay Bazilbayevi qeydə almaqdan imtina edib. Bunu həmin şəxslərin müvafiq sənədləri təqdim etməməyi ilə izah ediblər.

"Jeltoksan" ("Dekabr") hərəkatının fəalı Kurmanqazı Raxmetov namizədliyini özü geri götürüb.

Daha öncə MSK prezidentliyə 4 namizədi qeydə alıb: hazırkı prezident Nursultan Nazarbayevi, kommunist Jambıl Əhmədbəyovu, senator, vətənpərvərlər partiyasının lideri Qəni Qasımovu i "Tabiqat" Ekoloji ittifaqının lideri Mgls Eleusizovu qeydə alıb.

Qazaxıstanda növbədənkənar prezident seçkilər bu il aprelin 30-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR