Bank Of Baku

Gürcüstan parlamentinin sədri müxalifəti əməkdaşlığa çağırıb

Gürcüstan parlamentinin sədri müxalifəti əməkdaşlığa çağırıb
# 03 mart 2011 07:34 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin sədri David Bakradze parlamentdən kənar müxalifətə əməkdaşlıq təklifi verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə parlament sədri martın 2-də müxalifətin bəyanatını şərh edərkən bildirib. Bakradze qeyd edib ki, Gürcüstanda həmişə siyasi fəallar olub və olacaq: "Bizdə ictimaiyyət azaddır və hər bir şəxs sərbəst öz etirazını ifadə edə bilər".

Parlament sədri Gürcüstanda baş verə biləcək növbəti inqilab barədə gedən danışıqlara da münasibət bildirib: "Belə bir inqilab 2003-cü ildə baş verdi və gürcü xalqı öz azad sözünü aydın ifadə etdi. Bu mərhələdə indi qərb ölkələrinin irəli sürdükləri ağrılı, zəruri islahatlar başladı. Biz əhalini narahat edən problemlərin həllinə çalışmağa hazırıq, o cümlədən parlamentdən kənar müxalifəti də əməkdaşlığa dəvət edirik".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR