Bank Of Baku

Gürcüstanın birinci xanımı Sandra Rulovs Analar Günü münasibəti ilə Batumiyə səfər edib

Gürcüstanın birinci xanımı Sandra Rulovs Analar Günü münasibəti ilə Batumiyə səfər edib
# 04 mart 2011 01:48 (UTC +04:00)
Batumi. Nizami Məmmədzadə-APA. 3 Mart Analar Günü münasibəti ilə Gürcüstanın birinci xanımı Batumiyə səfər edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Sandra Rulovs çoxuşaqlı ailələrlə görüşüb və analar və uşaqlar üçün olan xüsusi müəssisələrdə onların yaşam tərzi ilə maraqlanıb.
Sandra Rulovs Batumidə doğum evinə də baş çəkib, Ana və uşaq respublika Mərkəzində də olub. Bundan başqa Sandra Rulovs Batumi Dövlət Dram Teatrında 50 çoxuşaqlı ailə üçün təşkil edilən xüsusi tədbirdə iştirak edib.
Daha sonra Sandra Rulovs dövlətin dəstəyi ilə Maxincauridə fəaliyyət göstərən analar və uşaqlar üçün sığınacaq evinə də baş çəkib.

Qeyd edək ki, hər il 3 Mart Gürcüstanda Analar Günü kimi qeyd edilir və həmin gün iş günü sayılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR