Bank Of Baku

Qalina Starovoytovanın qətlinin sifarişçisinin adı açıqlanıb

Qalina Starovoytovanın qətlinin sifarişçisinin adı açıqlanıb
# 04 mart 2011 13:10 (UTC +04:00)
Moskva-APA. Dövlət Dumasının deputatı Qalina Starovoytovanın qətlinin təşkilatçısı Yuri Kolçin qətli digər deputat Mixail Qluşenkonun sifarişi ilə gerçəkləşdirdiyini bildirib. APA-nın məlumatına görə, buna qədər qətlin məhz Qluşenkonun sifarişi ilə həyata keçirildiyi barədə mətbuatda versiyalar səslənsə də, bu iddiaları əsaslandırmaq üçün sübut tapılmayıb. Qətlin təşkilatçısı Yuri Kolçin də bu günə kimi sabiq deputatın Qalina Starovoytovanın qətlində hər hansı iştirakını inkar edib. Lakin bir həftə əvvəl Kolçin ifadəsini dəyişib və qətli Qluşenkonun sifarişi ilə həyata keçirdiyini bildirib.

Xatırladaq ki, Qalina Starovoytova 1998-ci il npyabrın 20-də öz mənzilinin qarşısında naməlum şəxs tərəfindən güllələnib. 2005-ci ildə Tambov cinayətkar qruplaşmasının üzvü, Baş Qərargahın Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Yuri Kolçin qətl törətməkdə ittiham olunaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Lakin istintaq qətlin kimin sifarişi ilə həyata keçirildiyini müəyyənləşdirə bilməyib. Xatırladaq ki, qətlin sifarişçisi olduğu iddia edilən Mixail Qluşenko da Tambov cinayətkar qruplaşmasının üzvü olub. “Mişa Xoxol” ləqəbi ilə tanına Qluşenko 1996-cı ildə Dövlət Dumasının üzvü seçilib. O 2009-cu ildə Kiprdə üç Rusiya vətəndaşını qətlə yetirmək ittihamı ilə həbs olunub. İstintaqın versiyasına görə, sabiq deputat Vyaçeslav Şevçenko, iş adamı Yuri Zorin və tərcüməçi Viktoriya Tretyakova da məhz Mixail Qluşenkonun sifarişi ilə öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR