Bank Of Baku

Gürcüstanda sentyabrın 1-dən minimal pensiya 100 lari olacaq

Gürcüstanda sentyabrın 1-dən minimal pensiya 100 lari olacaq
# 07 mart 2011 22:41 (UTC +04:00)
Rustavi. Nizami Məmmədzadə-APA. Sentyabr ayının 1-dən minimal pensiya 100 lari olacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Rustavidə pensiyaçılarla görüşündə bildirib. Onun sözlərinə görə, iş stajı və müəyyən xidməti olan pensiyaçıların pensiyasına 7 lari əlavə olacaq. Çox kasıb yaşayan pensiyaçıya isə əlavə 30 lari veriləcək. Prezidentin sözlərinə görə, hökumət pensiyaçılara seçki qabağı 100 dollarlıq paket təqdim edəcəyini yaxşı xatırlayır.
Gürcüstan prezidenti pensiyaçıların gələn ildən 100 dollarlıq paketə sahib olmaları üçün ölkədə böyük pensiya islahatı aparmağın vacibliyini açıqlayıb.
“İslahat bundan ibarətdir ki, vergiödəyicilər, dövlət və pensiyaçılar arasında elə qruplaşma aparmaq lazımdır ki, nəticədə pensiyaçı udsun və gələn ilin birinci yarım illiyində Gürcüstanda pensiya paketi 100 dollara yaxınlaşsın”, deyə Saakaşvili bildirib.
Prezidentin sözlərinə görə, pensiyaçı modelini öyrənmək üçün hökumət üzvləri müxtəlif ölkələrdə, eyni zamanda Sinqapurda olublar. “Hökumətin pensiyaçılara-xüsusilə cəmiyyətin əməkdar və sevimli hissəsinə qayğı göstərməkdən başqa prioriteti yoxdur”, deyə Gürcüstan prezidenti qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR