Bank Of Baku

Gürcüstan parlamentində nazirlərin hesabatı dinləniləcək

Gürcüstan parlamentində nazirlərin hesabatı dinləniləcək
# 07 mart 2011 23:38 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin bürosunda azlıq parlament nümayəndələrinin təşəbbüsü dəstəklənib. APA-nın Gürcüstan bürosunun məlumatına görə ölkə qanunverici orqanın iclasında müxtəlif sahələr üzrə nazirlərin hesabatı dinlənilməyi irəli sürülüb. Məlumata görə, parlament sədri David Bakradze azlıq təşkil edən deputatların bu təşəbbüsünü dəstəklədiyini bildirib. Parlament sədri qeyd edib ki, parlament və hökumət sıx əlaqədə olmalı, əhaliyə bu və ya digər sahələrdə baş verən dəyişikliklər barədə informasiyalar verməlidirlər. Bakradzenin sözlərinə görə, yaxın iki-üç gün ərzində azlıq təşkil edən deputatlarla məsləhətləşmələr aparılacaq və hansı formatda nazirlərin dinlənilməsini keçirmək barədə qərar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR