Bank Of Baku

İrəvanda baş verən yol qəzasında Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı ölüb, biri yaralanıb

İrəvanda baş verən yol qəzasında Ermənistan Müdafiə Nazirliyinin iki əməkdaşı ölüb, biri yaralanıb
# 09 mart 2011 07:34 (UTC +04:00)
APA-nın “Armenia Today”a istinadən yaydığı məlumata görə, “BMW 320” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Ağacı aşıran maşın daha bir ağaca dəyərək çevrilib. Qəza nəticəsində maşında olan şəxslərdən 22 yaşlı Levon Terteryan hadisə yerində ölüb, digər iki nəfər xəstəxanaya çatdırılıb. Xəstəxanaya aparılan Robert Mnaçakanyan orada dünyasını dəyişib, 26 yaşlı Armen Mkrtçyan isə reanimasiya şöbəsindədir. Hər üç şəxsin Ermənistan Müdafiə Nazirliyinin əməkdaşları olduğu, sülhməramlı batalyonda xidmət keçdiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR