Bank Of Baku

Gürcüstan parlamentinin üzvü: “Rusiya arzularını siyasi təzyiqlərə həyata keçirməyə cəhd edir”

Gürcüstan parlamentinin üzvü: “Rusiya arzularını siyasi təzyiqlərə həyata keçirməyə cəhd edir”
# 09 mart 2011 22:52 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. “Mən Qarabağ məsələsini müzakirə edə bilmərəm. Kimin nə gücü var, onu da bilmirəm. Bircə onu bilirəm ki, bu münaqişə güclə həll edilməyəcək”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri David Darçiaşvili jurnalistlərə bildirib: “Bu münaqişə bir-birini başa düşməklə, güzəştə getməklə və kompromisə getməklə, beynəlxalq hüquqlara riayət etməklə başa çatacaq”.
David Darçiaşvili APA-nın Rusiya hərbi bazasının Gümrüdə yerləşdirilən hərbi bazasının Cənubi Qafqaza təhlükədirmi sualını cavablandırarkən bildirib ki, Rusiya hərbi hissəsinin Cənubi Qafqazda olması sülhə xidmət etmir. “İş tanklarda, hansısa dəmir konstruksiyalarda və əmri icra edən əsgərlərdə deyil. Problemlər siyasi qərarlar qəbul edənlərdədir. Ordu sülhə də xidmət edə bilər. Çoxmillətli sülhməramlı qüvvələrin Əfqanıstanda və digər ölkələrdə iştirakı buna misaldır. Rusiya arzularını siyasi təzyiqlərə həyata keçirməyə cəhd edir. Bununla o, bir çox qonşu ölkələrə təsir edir. Bax, bu problemdir”, Darçiaşvili bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR