Bank Of Baku

Qazaxıstanlı diplomat BMT-nin Cenevrə ofisinin baş direktoru təyin olunub

Qazaxıstanlı diplomat BMT-nin Cenevrə ofisinin baş direktoru təyin olunub
# 12 mart 2011 10:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Qazaxıstanlı diplomat Kasımjomart Tokayev BMT-nin Cenevrə ofisinə baş direktor təyin olunub. APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, K. Tokayev bu vəzifəyə təyin olunmuş ilk Asiya nümayəndəsidir və rusiyalı diplomat Sergey Orconikidzeni əvəz edəcək.

K. Tokayev Qazaxıstanda xarici işlər naziri, baş nazirin müavini və Senatın sədri vəzifələrində çalışıb. O, Cenevrədə tərksilah üzrə konfransın baş katibi də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR