Bank Of Baku

Gürcüstanda yeni elektrik xətti tikiləcək

Gürcüstanda yeni elektrik xətti tikiləcək
# 13 mart 2011 04:27 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Bu il Gürcüstanda Azərbaycan və Türkiyəyə qədər yeni elektrik xətlərinin tikintisi planlaşdırılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni xətlərin tikintisini Energo Pro Georgia şirkəti tərəfindən həyata keçirəcək. Məlumata görə, üç il müddətində tikiləcək layihənin maliyyə dəyəri 150 milyon dolları təşkil edir.
Gürcüstan mətbuatının məlumatına görə, dövlət büdcəsindən ölkənin energetika sahəsini inkişaf etdirmək üçün 100 milyon lari vəsait ayrılıb. Son illər Gürcüstandan Türkiyəyə verilən elektrik enerjisinin ixracı 10 dəfə artıb.
Məlumata görə, Azərbaycan enerji sistemi də bu layihələrə qoşulub. Bunun üçün Azərbaycan enerji sistemi ilə Gürcüstan arasında enerji sistemlərinin inkişafı üçün Memorandum imzalanıb. Azərbaycan tərəfi Gürcüstan-Türkiyə sərhədində tikiləcək 500 kilovoltluq Axalsix-Borçxa xəttin tikintisinə marağını ifadə edib və öz köməyini təklif edib. Tərəflər “Azərbaycan-Gürcüstan-Türkiyə”enerji körpüsü çərçivəsində Azərbaycandan Gürcüstana enerji ötürülməsi və yeni elektrik şəbəkələrinin inkişaf etdirilməsi üçün imkanları öyrənməyi qarşıya məqsəd kimi irəli sürüblər.
Qeyd edək ki, Axalsix-Borçxa xəttin tikintisi 2012-ci ildə başa çatacaq. Bu layihə başa çatdıqdan sonra Avropa ölkələrini elektrik enerjisi ilə təchiz edəcək digər xəttin tikintisinə başlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR