Bank Of Baku

Müəmmər Qəddafi, onun yaxın ətrafı və ailə üzvləri Rusiyada “persona non-qarat” elan edilib

Müəmmər Qəddafi, onun yaxın ətrafı və ailə üzvləri Rusiyada “persona non-qarat” elan edilib
# 14 mart 2011 13:46 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev bu barədə xüsusi fərman imzalayıb.

Qadağa Qəddafinin özündən başqa qızı Aişə və onun 7 oğluna, o cümlədən milli təhlükəsizlik məsələləri üzrə müşavir Mötəsim Qəddafi və xüsusi qüvvələrin komandanı Səədi Qəddafiyə, eləcə də diktatorun oğlu, Qəddafi Fondunun direktoru Süyfülislam Qəddafiyə, əmisi oğlu Qəddaf əd-Dam Seyid Məhəmmədə, həmçinin bir sıra yüksək vəzifəli şəxslərə şamil edilir. Bu şəxslər müxalifətin kütləvi aksiyalarının silah yolu ilə yatırılmasına cavabdehlik daşıyırlar. Onların Rusiya ərazisində maliyyə əməliyyatları həyata keçirməsi də yasaqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR