Bank Of Baku

Tiflisdə içərisində şagirdlər olan sərnişin avtobusu qəzaya uğrayıb

Tiflisdə içərisində şagirdlər olan sərnişin avtobusu qəzaya uğrayıb
# 15 mart 2011 13:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə Kukla Teatrında tamaşadan qayıdan 45 saylı məktəbin ibtidai siniflərini daşıyan ikimərtəbəli avtobus qəzaya uğrayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərnişin avtobusu Kür çayının sol sahilində yerləşən “Vissol” şirkətinin benzindoldurma məntəqəsinə çırpılıb. Qəza nəticəsində xəsarət alan 6 uşaq İaşvili xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta ağırdır. Avtobusda 100 nəfər olub. Hazırda psixoloqlar qəzadan şok vəziyyətinə düşən şagirdlərlə söhbətlər aparır, onları düşdükləri vəziyyətdən çıxarmağa çalışırlar. Tiflis şəhər fövqəladə hallar xidmətindən verilən məlumata görə, hadisəyə avtobusun qarşısına qəflətən taksi maşınının çıxması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR